Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

ANAMA rəhbəri: “Minalar sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”

“Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

“Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan bu şəhər minaların və müharibənin digər partlayıcı qalıqlarının izlərini daşıyır. Ağdam minalar və bu qalıqlarla təcili məşğul olmağın vacib olduğunu xatırladır. Bu şəhərin özü minaların qurbanıdır. Biz burada ona görə toplaşmışıq ki, daha təhlükəsiz və daha firavan, minasız gələcəyə yol açacaq həlləri müzakirə edək və tərəfdaşlıqlar quraq”, – V.Süleymanov bildirib.

O, bugünkü konfransın ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə təşkil edildiyini bildirib: “Dəyərli tərəfdaşlığa görə BMT-dəki həmkarlarıma təşəkkür edirəm. Bu forumda 51 ölkədən 190-dan çox iştirakçı bir araya gəlib. Bu, bizim hər birimiz üçün qlobal mina problemlərini müzakirə etmək və yerli səviyyədə həll yollarını tapmaq imkanıdır. Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”.

ANAMA rəhbəri vurğulayıb ki, milli mənsubiyyətindən asılı olmayaraq, heç kim minalardan əziyyət çəkməməlidir.

“Ümid edirik ki, konfrans zamanı biz nəinki mövcud problemləri nəzərdən keçirəcəyik, həm də innovativ həllər tapacağıq”, – Süleymanov bildirib.

“Biz mina təmizlənməsini Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmaq prosesinin tərkib hissəsi hesab edirik”, – o əlavə edib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …