Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib – FOTO

Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO
Martın 28-də Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının 14-cü Büro toplantısı öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, CORLEAP-ın Bürosunun üzvü Anar İbrahimov Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olaraq qurumun toplantısında iştirak edib.

Boyukmillet.com xəbər verir ki, deputat Azərbaycanın qədim və tarixi diyarı, İrəvan xanlığının mərkəzi olan eyniadlı şəhərdəki Göy məscidi də ziyarət edib. Anar İbrahimov bununla bağlı özünün sosial şəbəkə hesabında fotolar paylaşıb və yazıb:

“Bu gün fürsət tapıb İrəvanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan Xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdı. Ziyarət və ibadət etdim. Allah təalanın tanıdığı bu fürsətə görə min şükür! İnşallah illər sonra da İrəvanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizləri özümüzə və özgələrə xatırlatmağa davam edəcək”.

Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO
Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO
Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO
Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO
Anar İbrahimov İrəvanda Göy məscidi ziyarət edib - FOTO

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir