Cümə , 27 Sentyabr 2024
Drone Cameras

Anar Xəlilov: Azərbaycan polisinə əl qaldıran cinayətkarlar layiqli cəzalarını alacaqlar

İyulun 10-da Gəncədə baş vermiş iğtişaşlar birmənalı olaraq cinayət hadisəsidir. Azərbaycan mükəmməl qanunvericilik bazası, Konstitusiyası olan dövlətdir. Buna görə də istənilən halda baş verən cinayət hadisəsi qanunun tələbi ilə araşdırılır və hüquqi qiymətini alır.

Bu fikirləri Gəncədə törədilən iğtişaşlarla bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

A.Xəlilov təəssüf hissi ilə bildirib ki, bəzi anti-Azərbaycan qüvvələr bu hadisədən yararlanaraq çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Bu, xüsusilə sosial şəbəkələrdə özünü daha çox büruzə verir. Burada Azərbaycanın inkişafına qısqanclıqla yanaşan bəzi ölkələrin və eləcə də Ermənistan xüsusi xidmət orqanlarının da fəaliyyətini qeyd etmək lazımdır. Bu xidmət orqanları sosial şəbəkələrdə xüsusi hazırlanmış şəxslərin, eləcə də vaxtilə Azərbaycan dövlətinə xəyanət etmiş insanların xidmətindən yararlanmağa çalışırlar. Sosial şəbəkələrdə qanunsuz aksiyalara çağırışlar edilib və bundan sonra iyulun 10-da xüsusi hazırlanmış bir qrup şəxs təxribat törədərək ictimai asayişi pozmağa çalışıblar. Nəticədə asayişi qorumağa çalışan və xidməti vəzifəsini yerinə yetirən yüksəkrütbəli iki polis zabitimiz həlak olub. Mən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sabitliyin qorunmasında daim xüsusi xidməti olan polis əməkdaşlarına qarşı törədilən bu cinayəti qətiyyətlə pisləyirəm. Bu, Vətəninə, xalqına xəyanətdir. Dini çağırışlar səsləndirərək təxribatlar törədən şəxslər və onların havadarları bilməlidirlər ki, Azərbaycan xalqı daim öz liderinin ətrafında sıx birləşib, dövlətin, dövlətçiliyin qorunması üçün öz iradəsini ortaya qoyub.

“Xalq Prezidentinə inanır, öz dövlətinin gücünə güvənir. Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır. Bunun əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu sosial-iqtisadi siyasət durur. Bu siyasətin sayəsində Azərbaycan qısa müddətdə dünyanın inkişaf etmiş dövlətləri sırasında özünə layiqli yer tutub. Bir ictimai fəal kimi, vətəndaşlara səslənərək demək istəyirəm ki, heç bir təxribata uymayın. Baş verən bütün bu hadisələrin arxasında Azərbaycanı sevməyən qüvvələr durur və onların niyyəti çox təhlükəlidir. Bu qüvvələr Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətə qaytarmaq, ölkəmizdə hərc-mərclik, xaos yaradaraq dövlətçiliyimizi məhv etmək istəyirlər. Belə cəhdlərə qarşı hər bir vətəndaşımız səfərbər olmalı, qəti iradə nümayiş etdirməlidir. Azərbaycanın hüquq mühafizə orqanları da təxribatlara qarşı qətiyyətli tədbirləri davam etdirir və inanırıq ki, polisimizə əl qaldıran cinayətkarlar qanun qarşısında layiqli cəzalarını alacaqlar. Çünki Azərbaycan dövlətçiliyinə qarşı cinayət törədən şəxslərə heç bir güzəşt ola bilməz”, – deyə A.Xəlilov qeyd edib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir