Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI

Türkiyənin Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyində olan Etimesqut Bələdiyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Etimesqut Bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu ilə yanaşı, çoxlu sayda şəxsin saxlanıldığı bildirilir.

Əməliyyatın hansı təhqiqat və cinayət işi çərçivəsində həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Hazırda Etimesgut Bələdiyyəsinin binasında, eləcə də saxlanılan şəxslərin yaşayış ünvanlarında axtarışlar davam etdirilir.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …