Cümə , 26 Aprel 2024
Drone Cameras

Ankarada Xocalı soyqırımının anım tədbiri keçirilib

Boyukmillet.com xəbər verir ki, 26 fevral 2020 ci il tarixində qardaş Türkiyə Respublikasının Ankara şəhərində İç Anadolu Birliyi, Anka Azərbaycan Mədəniyyət Dərnəyi, Türkiyə Jurnalistlər Birliyi və Gazeteanka.com un birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan İç Anadolu Dərnəyinin sədri İsmət Taş dünya ictimaiyyətinin iyirmi səkkiz ildir hələ də səssiz qaldığı Xocalı soyqırımının dünyada tayı bərabəri olmayan bir vəhşilik aktı kimi qiymətləndirib. O, bu soyqırım nəticəsində qətlə yetirilən insanların, yer üzündən silinən ailələrin məsuliyyətinin təkcə bu soyqırımı törədənlərin üstündə deyil, bütövlükdə bütün dünyadakı insani dəyərlərə sahib olan insanların üstündə olduğunu bildirib. İctimai Birliyin sədri bildirib ki, əminəm ki, bir gün bu insanlıq suçunu işləyən canilər qanun qarşısında cavab verəcəklər.

Daha sonra çıxış edən Anka Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Derya Akdemir tarix boyunca ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında məlumat verib. D.Akdemir qeyd edib ki, tarix boyu ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərin sayısı hədsiz hesabsızdır. Bu gün ermənilər dünyaya özlərini nə qədər məzlum, zavallı kimi təqdim etməyə cəhd göstərsələr də; əslində bütün dünya bunun belə olmadığını çox yaxşı bilir. 1905, 1918, 1948, 1988, 1992 ci illərdə ermənilərin regionda həyata keçirdikləri soyqırım aktlarına diqqət çəkən dərnək rəhbəri bu soyqırımların sadəcə Azərbaycanda deyil, eyni zamanda Anadoluda da baş verdiyini də xüsusi ilə diqqətə çatdırıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı video çarxların da göstərildiyi anım mərasimində daha sonra söz Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, gazeteanka xəbər portalının baş redaktoru Oktay Hacımusalıya verilib. Oktay Hacımusalı Azərbaycanda jurnalist kimi fəaliyyət göstərdiyi zaman Xocalı soyqırımının şahidləri ilə apardığı söhbətlər, aldığı müsahibələr haqqında danışıb. Jurnalist qeyd edib ki, Azərbaycanın güclü ordusu Cənab Ali baş komandanın bircə əmri ilə işğal edilmiş torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Və bütün dünya da bunu 2016 cı ilin aprel ayında açıq aşkar gördü.

Daha sonra çıxış edən Yenidən Rəfah Partiyası mərkəzi idarə heyətinin üzvü, Osmanlı Diriliş Xalq Hərəkatının sədr müavini Cihad Rəhmi Akar ermənilərin Türk İslam coğrafiyasında törətdikləri vəhşiliklər haqqında danışıb və Xocalıda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyib.

Xocalı soyqırımının şahidləri Xocalı Soyqırımının Tanıdııması İctimai Birliyinin qadınlar şurasının sədri Ayna Novruzova və təşkilatın üzvü Sevinc Vəliyeva o məşum gün haqqında xatirələrini bölüşüblər.
Tədbir Türkiyə Mədəniyyət Nazirliyinin sənətçisi Süleyman Yardımın ifasında ney konserti ilə davam edib.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …