Bazar , 19 May 2024
Drone Cameras

Antalyada yaşayan soydaşlarımız yanğından zərərçəkənlərə yardım edib

Yanğının çıxdığı əsas bölgələrdən biri də, Antalyaya bağlı Manavqat rayonudur.


Manavqatda baş verən meşə yanğınları az müddətdə böyük sahələri əhatə edərək yaşayış yerlərinə qədər gəlib. Yanğın bölgələrindən əhalinin sürətlə təxliyəsi başlayıb.


Antalyanın Manavqat bölgəsində yanğından zərərsəkmiş vətəndaşlara Türkiyədə yaşayan soydaşlarımız yardım etmək üçün səfərbər olublar. Bu barədə Antalyada fəaliyyət göstərən “Azərbaycan Kültür və Dayanışma Dərnəyi”nin sədri Ceyran Səddərova Boyukmillet.com-a məlumat verib.


Dərnəyin sədri bildirib ki, Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları Manavqat bölgəsinə ciddi zərər vurub, əraziyə yaxın olan evlərdə çoxsaylı problem yaşanıb. Onun sözlərinə görə, Antalyada yaşayan azərbaycanlılar bu prosesdə yaxından iştirak edib, artıq müəyyən qədər qida yardımı toplanılıb və rəsmi qurumlar vasitəsi ilə həmin bölgələrə çatdırılmaqdadır.


Qeyd edək ki, bu təşəbbüsə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Akdəniz bölgə təmsilçisi Sevinc Ələkbərova da qoşularaq maddi dəstək göstərib.


Ayna Fərhad

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …