Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

Apellyasiya Məhkəməsi Əli Kərimli və Məmməd İbrahimi həbsdə saxlayıb

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb.

Fevralın 9-da Əli Kərimli və Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri daha 4 ay uzadılmışdı.  Şikayət onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilib. 

Məhkəmə şikayəti təmin etməyib.

Proses zamanı məhkəmə binası polislər tərəfindən mühasirədə saxlanıb və partiya fəallarının binanın qarşısında toplaşmasına imkan verilməyib.

AXCP sədri Əli Kərimli və Məmməd İbrahim noyabrın 29-da saxlanılıb.

Onlara qarşı dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Həmin gün Səbail rayon məhkəməsi hər iki siyasətçi barəsində həbs qətimkan tədbiri qərarı verib.

Hökümətyönlü media onların Ramiz Mehdiyev işinə görə həbs olunduğunu yazır.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …