Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Araz” marketin endirim fırıldağı – Foto

“Araz” supermarketlər şəbəkəsinin endirim fırıldağı üzə çıxıb.

Boyukmillet.com Bakupost.az-a istinadən xəbər verir ki, marketin rəflərində 16-22 fevral tarixləri arasında bəzi məhsullara endirim tətbiq edildiyinə dair qeydlər edilib.

Lakin bir az diqqətli müştərilər marketin əslində qiymətləri süni şəkildə şişirdiyini, daha sonra endirim etdiyini üzə çıxarıblar.

Belə ki, endirim tətbiq edilmiş məhsullardan biri “Loreal excellence creme” saç boyasıdır. Saç boyasının endirimsiz qiyməti 11 manat 85 qəpikdir. Lakin market endirimə qoyarkən boyanın əvvəlki qiymətinin 15 manat 19 qəpik olduğunu qeyd edib.  

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …