Şənbə , 21 Mart 2026
Drone Cameras

Astara sakinindən 500 manata “Makarov” tapançası alan şəxs tutulub

Astara rayon sakinindən 500 manata “Makarov” tipli tapança alan şəxs tutulub. “Report”un məlumatına görə, noyabrın 2-də Lənkəran şəhər sakini Mahir Məmmədov “Makarov” tapançası ilə tutulub. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, M.Məmmədov həmin silahı Astara rayon sakini Sücayət Hacızadədən 500 manata alıb. 

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri  nəticəsində S.Hacızadə də tutularaq istintaqa cəlb edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir