Cümə , 22 Noyabr 2024
Drone Cameras

ATƏT-in Minsk qrupu formal quruma çevrilib” – Rufiz Qonaqov


“ATƏT-in Minsk qrupunun həmsədrlik institutu bu gün formal bir quruma çevrilib. Bu qrup faydasız, heç bir işə yaramayan, real nəticə göstərməyən, yalnız müxtəlif dövrlərdə ölkələrə səfərlər edən təsisatdır. Fikrimcə, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Çünki onun fəaliyyətinə ehtiyac yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da BMT TŞ-nin Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı məlum 4 qətnaməsinin icrasına nail olduq. Halbuki bu qətnamələrin icrasını təmin etməli olan qurumlardan biri məhz ATƏT-in Minsk qrupu idi”. 

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeniazərbaycan qəzetinə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb: “Qeyd etdiyim kimi, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Əgər Ermənistan bundan sonra hər hansı təxribata əl atarsa, Azərbaycanın dəmir yumruğu onların başının üzərində olacaq və düşmən ölkənin ordusu yenə də darmadağın ediləcək”. 

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …