Cümə , 20 Mart 2026
Drone Cameras

Avropa ordusu qurulur – İlk addım atıldı

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.
 
boyukmillet.com  DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.
 
Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.
 
Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.
 
Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”. 

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir