Şənbə , 27 İyul 2024
Drone Cameras

Avropa Şurasının Baş katibi Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Avropa Şurasının Baş katibi dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğuladı. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırlayıb və bütün bunları müsbət addım kimi dəyərləndirib.

Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Check Also

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu …