Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Avstraliyada baş verən yanğında 6 nəfər ölüb

Avstraliyanın Kvinslend ştatının Rassel adasında yaşayış evində baş verən yanğın nəticəsində itkin düşdüyü güman edilən altı nəfərin meyiti tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kvinslend polisi açıqlama yayıb.

Polis itkin düşənlər arasında 34 yaşlı kişi və beş oğlan uşağının olduğunu bildirib.

Bununla yanaşı, iki qadın evdən çıxa bilib və xəstəxanaya aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir.

Yanğın evi sıradan çıxarıb və üç qonşu obyektə də keçib.

Polisdən bildiriblər ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …