Cümə , 29 Mart 2024
Drone Cameras

Avtomobilə xüsusi icazə alınmalıdır?- Hökumət sözçüsü aydınlıq gətirdi

Nazirlər Kabineti çölə çıxmaq üçün icazəsi olan şəxsin avtomobildən istifadə məsələsinə aydınlıq gətirib.

Boyukmillet.com xəbər verir ki, “Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”,– deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir: “Qısası, avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur. Amma burada xüsusi bir məqamı qeyd etmək istəyirəm ki, həm şəxs avtomobilində sərnişin daşıya bilməz. Bundan əlavə avtomobildə digər sərnişin varsa, onun da icazəsi olmalıdır. Əgər icazə yoxdursa, o da xüsusi karantinin rejimin qaydalarını pozmuş sayılacaq və barəsində tədbirlər görüləcək”.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …