Çərşənbə , 1 May 2024
Drone Cameras

AYB-dən ev aldıqları iddia olunan yazarların – SİYAHISI

Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qalmaqal yaşanır.

Boyukmillet.com xəbər verir ki, buna səbəb bir neçə gündür sosial şəbəkələrdə AYB-nın öz üzvlərinə evlər verdiyi, lakin ev alan şəxslərin adlarının açıqlanmamasıdır.

Bəzi yazarlar isə qeyd edirlər ki, ev bölgüsü zamanı ədalətsizliyə yol verilib.

Bu gün isə sosial şəbəkələrdə azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevil Gültən AYB-dən son dəfə ev aldıqları iddia olunan yazarların siyahısını açıqlayıb. Həmin siyahını təqdim edirik:

1. Xanəmir- ikinci dəfədir AYB-dən ev alır.

2. Dəyanət Osmanlı – o da ikinci dəfə ev alır.

3. Narıngül Nadir – demirəm pis insandır, pis yazıçıdır. Amma Allaha and olsun ən azı iki evi var.

4. Şəfəq Sahib – onun da iki evi var.

5. Arifə Əliyeva – yüz ildir AYB-də kadrlar şöbəsinin rəhbəridir – üçüncü dəfədir dövlətdən ev qamarladığı

6. Şəmsiyyə Camalova – adicə komputer operatorudur (düzdür, sənədə əsasən, AYB tərcümə mərkəzinin işçisidir), ədəbiyyata dəxli yoxdur, amma AYB üzvüdür, birillik prezident təqaüdü də alıb.

7.Ulucay Akif – evi var, nənəsi bağışlayıb, subaydır. Taleh Mansur iki uşaqla kirayədə qalır, o yada düşmür ev veriləndə, Ulucay Anarı qəşəng söydüyü üçün onun adını siyahıya yazırlar

8. Güləmayıl – başqalarının şeirlərini oğurlayıb AYB-yə üzv olub, özünə iş tapıb orda. Evi də var, bağ evi də

9. Elxan Zal – ola bilməz onun evi olmasın

10. Firuz Mustafa – onun da evi var.

11.Rauf Aslanov – Anarın müşaviri. Ən azı 3-4 evi, bağ evi var.

12.Anarın sürücüsü.

S.Gültən daha sonra “Azərbaycan” jurnalından Südabə xanım və Ülviyyə Heydərovanın da ev alanlar siyahısında olduğunu bildirib.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …