Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Aydın Quliyev: “Xocalı abidəsi önündə gərginlik yaradanlar ictimai qınağa tutulmalıdır…”

img

“60 min insanın Azərbaycan Prezidentinin arxasınca yürüşə qatıldığı məkanda 5-6 nəfərlik qrupun siyasi ambisiyalarla qalmaqal törətməsi, çox risqli olmaqla bərabər, eyni zamanda hüdud tanımayan avantürizmin daha bir nümunəsidir”.

Bu fikirləri Boyukmillet.com-a “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev radikal qrupların Xocalı faciəsinin ildönümü ilə bağlı iddialarının iflasa uğramasına münasibət bildirərkən deyib.

O bildirib ki Xocalı abidəsi önündə gərginlik yaratmaq, rəsmi dövlət protokolunu nümayişkaranə pozmaq dövlətə, xalqa və Xocalı qurbanlarının özünə hörmət əlaməti deyil.

Ekspert qeyd edib ki, ümummilli qürur və ya ümummilli hüzn mənbəyi olan faktların üzərində siyasi xal toplamaq cəhdləri rüsvayçılıq, məsuliyyətsizlik əlamətidir: “20 Yanvar günündə Şəhidlər xiyabanında və 26 fevralda radikalların Xocalı abidəsi önündə etdikləri hərəkətləri birlikdə düşünəndə ənənəvi sual yenidən kəskinliyi ilə ortaya çıxır – bu insanlar nə istəyir?! Kimsənin Xocalı qurbanlarını yad etməsi yönümündə heç bir məhdudiyyət altında olmadığı faktdır. Belədə radikal qrup rəhbərlərinin özlərinin beş-on nəfər tərəfdarı ilə Xocalı abidəsinin önündə gərginlik yaratmaq cəhdi nalayiq hərəkətdir, ciddi siyasətçilərə xas olmayan işdir. Onlar ictimai qınağa tutulmalıdır”.

A.Quliyev qeyd edib ki, məsuliyyətsizliklə müşayiət olunan istənilən siyasi və başqa xarakterli addım əvvəlcədən iflasa məhkumdur: “Milli Şura” deyilən qurumu təmsil edənlərin avantürist addımları onlarla xalq arasında uçurumu daha da dərinləşdirir. Bunu anlamayanların siyasi korafəhmliyi həqiqətən təsəvvür olunmazdı. Prezidentin arxasınca gedən axının qarşısına çıxmağın hansı siyasi düşüncəyə söykəndiyini bilmək maraqlı olardı”.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir