Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Azərbaycan ağırlıqqaldıranları İrəvandakı Avropa çempionatında iştirak edəcəklər

Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

Boyukmillet.com xəbəqt verir ki, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.

Check Also

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb. …