Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışında olublar

Beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.

Boyukmillet.com-un məlumatına görə, dörd gün baş tutan beynəlxalq hazırlıq prosesində aparıcı cüdoçular iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. 

Ümumilikdə Düsseldorf toplantısında dünyanın 86 ölkəsindən 800-dən çox cüdoçu iştirak edib. 

Qeyd edək ki, cüdoçular mart ayında Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Check Also

Azərbaycan millisinin baş məşqçisi: Kipri məğlub edib finala çıxacağımızı düşünürəm

Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm. Boyukmillet.com xəbər …