Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Azərbaycan İtaliya şirkətləri ilə iqtisadi sahədə birgə fəaliyyəti müzakirə edib

Azərbaycanla İtaliya şirkətləri arasında iqtisadi sahədə birgə fəaliyyət müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib.

“İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə iqtisadi sahədə birgə fəaliyyətin effektivliyinin artırılması barədə fikirlərimizi bölüşdük. İtaliya şirkətlərinin ölkəmizdəki fəaliyyəti, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahəsində layihələrin perspektivlərini müzakirə etdik”, – deyə o qeyd edib.

Check Also

Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin …