Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Azərbaycan millisinin baş məşqçisi: Kipri məğlub edib finala çıxacağımızı düşünürəm

Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyundan öncə deyib.

Türkiyəli mütəxəssis uduzmaq niyyətində olmadıqlarını bildirib:

“Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar. Öz yaş qrupunda ilk “3-lüy”ə düşmüş komandadır. Çox dinamik, müdafiə sistemi üzərindən oynayırlar. Əslində, turnirin əvvəlindən bəri Kiprlə ya finalda, ya da yarımfinalda rəqib olacağımızı düşünürdüm. Ona görə də rəqibi izləyirdik. Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq. Daha aqressiv olacağıq. Bura qədər gəldikdən sonra uduzmaq niyyətimiz yoxdur. Maydan bəri yarışlara çox ciddi şəkildə hazırlaşırıq. Düzdür bir az yorğunluq var. Amma bu hər zaman olur. Komandamız gərgin oyuna hazırdır”.

Qeyd edək ki, millinin Kiprlə matçı sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Check Also

Avropa Kuboku: “Azərreyl”in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda ölkəmizi təmsil edən “Azerreyl” klubunun …