Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,56 % azalaraq 86,61 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq

Azərbaycan Avropaya qaz ixracının illik həcmini 2026-cı ilə qədər 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % artıraraq 14 …