Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Azərbaycan neftinin xalis mədaxil qiyməti 22 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin xalis mədaxil qiyməti 78,6 ABŞ dolları təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun (ARDNF) gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % azdır.

“Bu ilin 9 ayında ARDNF-in büdcə gəlirləri 14 878,3 milyon manat və yaxud təsdiq edilmiş proqnozun 91,1%-i, büdcə xərcləri isə 3 587 milyon manat və yaxud təsdiq edilmiş proqnozun 30,3 %-i qədər icra edilib”, – dey hesabatda qeyd olunub.

Check Also

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və …