Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib.

Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8 % azalaraq 195,2 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,1 dəfə artaraq 300 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.

Check Also

Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və İsveçrənin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …