Cümə , 23 Fevral 2024
Drone Cameras

Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb

Bu gün Bakıda Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumu keçirilib.

Boyukmillet.com xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ötən 20 ildə aparılan dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutunun böyük inkişaf yolu keçdiyini, onun təsirliliyinin artdığını, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiyanın gücləndiyini bildiriblər.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir.

Müzakirələrdə xüsusi vurğulanıb ki, beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir.

Forumda “LŞ Audit” MMC-nin rəhbəri Fərhəddin Hüseynov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təmsilçisi, “Finansist” jurnalının baş redaktoru Sevinc Lütfəliyeva, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri Günay Şahbazova, “Caspian Consulting and Partners” MMC-nin rəhbəri Elnurə Abdinova, “ABAK-Az Crovve LTD” MMC-nin rəhbəri Zamin Hüseynov, “SR AUDİT SOLUTİONS” MMC-nin rəhbəri Səftər Vəlizadə, “Resurs Effektivliyi Mərkəzi” MMC-nin rəhbəri Namiq Qurbanov və “Audit Reporting” MMC-nin rəhbəri Yeganə Məmmədova və digər şəxslər məruzələrlə çıxış ediblər.

Forumda qeyd olunub ki, ölkənin yeni dövrdə qlobal və regional müstəvidə məqsədlərinə nail olunması üçün mühasiblər, auditorlar, maliyyəçilər, qiymətləndiricilər daha əzmlə çalışacaqlar.

Sonda forumun iştirakçıları Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərinə dair bəyanat qəbul ediblər.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …