Cümə , 14 Mart 2025
Drone Cameras

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

Check Also

Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvini dəstəkləyib

Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasını dəstəkləyib. Boyukmillet.com …