Bazar , 5 Aprel 2026
Drone Cameras

Azərbaycan ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini qınadı

S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur.

“Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir.

Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq”.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …