Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu.

Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq”,- T. Kazımov qeyd edib.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …