Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb

“Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.

O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

O, Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …