Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Boyukmillet.com xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə keçirilən görüşdə aparılıb.
S. Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlara, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir.
N.Quiros Azərbaycanla faydalı əməkdaşlığın olduğunu vurğulayıb, əlaqələrin inkişafı üçün qurumun səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.