Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycan bu məhsulun idxalını dayandırır?

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu sahədə bəzi problemlər aradan qaldırılandan sonra Azərbaycan xaricdən kartof idxal etməyi dayandıracaq:

“Bu gün Azərbaycanda kartof istehsalı həm daxili, həm də xarici tələbatı ödəmək iqtidarındadır. Bu gün kifayət qədər də kartof istehsal edilir. Lakin sahibkarların bir problemi var. Fermerlər istehsal etdikləri məhsulu saxlamaq üçün anbarlar tapmırlar. Bu da kartofun qış aylarına saxlanmasına mane olur. Saxlanc yerləri olmadığından sahibkarlar məhsulu dərhal bazara çıxarır, dəyər-dəyməzinə satırlar. Qış aylarında da Azərbaycan xaricdən kartof almağa başlayır. Hazırda bu problemlərin həlli istiqamətində tədbirlər görülür. Artıq bölgələrdə bir neçə sahibkar bu problemi həll edib. Bölgələrdə sahibkarlar xüsusi anbarlar tikiblər ki, bu anbarlar kartofun saxlanmasına, sağlam qalmasına şərait yaradır. Bu problem tam həllini tapandan sonra Azərbaycan xaricdən kartof idxalını dayandıracaq. Yəni ölkədə istehsal edilən kartof həm daxili, həm də xarici bazara çıxarmağa kifayət edəcək”.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …