Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Ermənistana taxıl göndərdi

Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti taxıl partiyası daşınıb.


Boyukmillet.com xəbər verir ki, növbəti yük partiyasına 770 ton buğda daxildir.

Məlumata görə, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydada ümumilikdə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

Qeyd olunur ki, tranzit daşımaları ilə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının da ixracı həyata keçirilir.

İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, həmçinin təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …