Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub

Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

Boyukmillet.com xəbər verir ki, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar.

Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.

Komandamız yalnız Türkiyədən geri qalıb. Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında 30 dəst medal öz sahibinə verilib.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …