Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Azərbaycan MDB-nin İcraiyyə Komitəsi ilə bağlı sənədə qeyd-şərtlə qoşulub

“Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Xatırladaq ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …