Boyukmillet.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 9,4% bahalaşaraq 79,6 ABŞ dolları olub.
Bütövlükdə, ABŞ-İsrail-İran qarşıdurmasının genişlənməsi fonunda qlobal neft bazarlarında qiymətlər son 4 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bazar məlumatlarına görə, Brent markalı neftin qiyməti 13 faizə qədər artaraq bir barel üçün 82,37 dollara çatıb. Bu göstərici 2025-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək səviyyədir. Son ticarət əməliyyatlarında isə qiymət 79,34 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,75 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
