Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan taekvondoçusu Türkiyə açıq çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev (74 kq) Antalyada keçirilən Türkiyə açıq çempionatında bürünc medal qazanıb.

Boyukmillet.com-un məlumatına görə, 22 yaşlı idmançı baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında üçüncü yeri tutub.

Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə çempionatın ən yaxşı referisi seçilib.

Qeyd edək ki, daha əvvəl yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 sm), Məryəm Cəfərova (152 sm) qızıl, Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm), Çingiz Həsənov (172 sm) gümüş, Gülay Əliyeva (160 sm) isə bürünc mükafata sahib çıxıb.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …