Cümə , 17 May 2024
Drone Cameras

Azərbaycan Türkiyə ilə standartlaşdırma sahəsində təcrübə mübadiləsi edəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, Xidmət rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, prioritet istiqamətlər üzrə aparılan islahatlar barədə məlumat verib. O, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə TSE arasında imzalanmış Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, AZSTAND-ın ölkədə Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini dərc etmək hüququna malik olmasını, TSE ilə əməkdaşlığın önəmini vurğulayıb.

TSE-nin sədri Mahmud Sami Şahin AZSTAND ilə səmərəli əlaqələrin, birgə fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə olunub.

Check Also

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın …