Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan və Ermənistan XİN-lərinə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi təlimatı verilib

Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü zamanı bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …