Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə  XİN-dən bildirilib.

Nazir C.Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verib.

Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …