Çərşənbə , 1 May 2024
Drone Cameras

Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Moldova arasında energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlıq genişləndirilir.

Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb.

Ölkələr arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsində önəmli addımların atıldığı qeyd edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Check Also

İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıb

Türkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında …