Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 21,832 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7,158 mlrd ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 6,11%, dəyəri isə 36,47% azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 67,66% olub.

Check Also

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Türkiyəyə səfəri çərçivəsində Ankarada bir sıra …