Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN beynəlxalq ictimaiyyətə çağırış edib

“BMT Təhküləsizlik Şurasının iclasında qeyd edildiyi kimi, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanır”.

Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə dair şərhində əksini tapıb.

Qeyd olunub ki, XİN Azərbaycanın təklifinə cavab verməyə, siyasi və hərbi təxribatlarını dayandırmağa, təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlər çərçivəsinə daxil olan bütün məsələlərin sülh yolu ilə diplomatik həllini tapması üçün birbaşa danışıqlara xoş niyyətlə yanaşmağa Ermənistanı inandırmaq məqsədilə beynəlxalq ictimaiyyətə çağırışımızı bir daha təkrar edir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …