Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, – Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.

Son məlumata əsasən “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.

Qeyd edək ki, qəza cümə axşamı səhər saatlarında baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Check Also

Türkiyə səfiri: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik. Boyukmillet.com xəbər verir …