Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda ət bahalaşdı – VİDEO

Azərbaycanın bölgələrində ətin qiyməti qalxıb.

Boyukmillet.com xəbər verir ki, Goranboyda mal əti 1 həftə öncə 10 manata satılırdısa, hazırda 1 kiloqramı 11 manatadır.

Mingəçevirdə də mal ətini 11 manata satırlar. Quzu əti isə 13 manata təklif edilir.

Alıcılar da bildirir ki, şəhərdə mal ətinin qiymətində 50 qəpik-1 manat arası bahalaşma var. Ət satışı ilə məşğul olanlar qiymət artımını otun bahalaşması ilə əlaqələndirirlər.

Tovuzda da ətin qiymətində 1 manat bahalaşma müşahidə olunur.

Ət bazarına nəzarət edən həkim- baytarlar isə mövcud qiymət artımının paytaxt bazarlarına sirayət etməyəcəyini bildirirlər. Çünki heyvanlar tezliklə açıq ərazilərə çıxarılacaq və beləcə yemə olan tələbat azalacaq.

“Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …