Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycanda BƏDBƏXT HADİSƏ: azyaşlı qızdırmadan öldü

Bərdədə azyaşlı qızdırmadan ölüb.

Boyukmillet.com-un məlumatına görə, rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb.

Uşağın anası ona infeksiya yolu ilə əzələ iynəsi vurub.

İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü(ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …