Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycanda ilin idmançısı adına namizədlər bəlli olub

Azərbaycanda ilin idmançısı adına namizədlər açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 10 nəfər yer alıb.

İlin İdmançısı

1. Hacı Əliyev – sərbəst güləşçi (Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)

2. İrina Kindzerska – cüdoçu (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, qadın cüdosunda Azərbaycanın ilk olimpiya medalının sahibi, “World Masters” turnirinin gümüş medalçısı)

3. İrina Zaretska – karateçi (Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)

4. Lamiyə Vəliyeva – para-atlet (Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı)

5. Loren Berto Alfonso Dominges – boksçu (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)

6. Mariya Stadnik – qadın güləşçi (Avropa çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)

7. Nəriman Abbasov – MMA döyüşçüsü (Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu)

8. Rafael Ağayev – karateçi (Avropa çempionatının və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı)

9. Rafiq Hüseynov – yunan-Roma güləşçisi (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)

10. Roman Saley – para-üzgüçü (Tokio-2020 Yay Paralimpiya Oyunlarında para-üzgüçülük üzrə üç qızıl medalın sahibi)

Qeyd edək ki, “İlin Qalibləri-2021” layihəsinin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Check Also

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb 

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada …