Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Azərbaycanda maaşların və sosial ödənişlərin verilməsi ilə bağlı YENİLİK

Müavinətləri istənilən bankdan almaq mümkün olacaq.

Müavinətləri istənilən bank vasitəsilə ala bilməsi üçün bank seçimində sərbəstliyin tətbiqi planlaşdırılır.

Bununla bağlı bank sektoru və aidiyyəti qurumlar tərəfindən texniki və təşkilati hazırlıq işləri görülür.

Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və bu məsələ 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da əksini tapıb.

Məsələ ilə bağlı Oxu24.com Azərbaycan Banklar Assosasiyasına sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki,2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq sosial ödənişlərin və əməkhaqlarının vətəndaşların öz seçdikləri bank hesabına yönləndirilməsi istiqamətində bank sektoru və aidiyyatı dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri həyata keçirilir.

“Layihə mərhələli yanaşma əsasında qurulur və ilkin mərhələdə əməkhaqqı ödənişlərinin vətəndaşın seçim hüququ əsasında icrası prioritet istiqamət kimi müəyyən olunmuşdur. Hazırda modelin formalaşdırılması və inteqrasiya mexanizmlərinin razılaşdırılması istiqamətində işlər davam edir.

Bu təşəbbüsün əsas məqsədi vətəndaş məmnuniyyətinin artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin gücləndirilməsidir.

Sosial ödənişlərin və əməkhaqlarının vətəndaşların öz seçdikləri bank hesabına yönləndirilməsi banklararası rəqabəti artırmaqla xidmət haqları və komissiyalara da təsir edəcəyi düşünülür. Layihənin reallaşdırılmasında əsas məqsədlərdən biri də uzunmüddətli perspektivdə xidmət keyfiyyətinin yüksəlməsinə və bazar şərtlərinə uyğun daha çevik yanaşmaların formalaşmasına nail olmaqdır”,-deyə açıqlamada qeyd olunub.

Check Also

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai …