Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanda malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar. 

Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 20 ədəd müxtəlif markalı xəz dəri məmulatları, 400 ədəd breket dəsti, 143 ədəd stomatoloji sahədə istifadə olunan dəst və 46 ədəd süni taxma saç aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …