Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR – Elektrikə KEÇİD

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək.

Boyukmillet.com APA-ya istinadla xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bütün yeni binalar üçün elektrik istilik nasoslarının olması ilə bağlı qaydaların müəyyən edilməsi, istilik nasoslarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılmasınn təşviqi də nəzərdə tutulan tədbirlər siyahısındadır.

Check Also

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Ali Məhkəmənin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə …