Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox Rusiya mənşəli propan qazı göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə 30 vaqon Rusiya mənşəli, 1 026 ton propan qazı Ermənistana göndəriləcək.

Boyukmillet.com xəbər verir ki, qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …