Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medal qazanıb.

“Report”un məlumatına görə, Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.

Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kq) da bürünc mükafata sahib çıxıb.

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …